Avropa superkuboku uğrunda Tbilisidə baş tutmuş "Barselona" - "Sevilya" oyunu (5:4) rekordla yadda qalıb.
Newsport.az-ın məlumatına görə, 9 qolun qeydə alındığı qarşılaşma Avropa superkuboku tarixində ən bolqollu matç olub. Bu günə qədər ən çox qol vurulmuş superkubok 1996-cı ildə baş tutmuş "Yuventus" - PSJ matçı idi. O vaxt iki oyundan ibarət olan superkubok matçının ilk oyununda turinlilər İtaliyada parisliləri 6:1 hesabıyla məğlub etmişdi.