"Barselona" Avropa superkubokunu 5 qolla qazandı YENİLƏNİB

Bu gün Avropa superkubokunun qalibi müəyyənləşəcək.

Newsport.az-ın məlumatına görə, həlledici görüşdə Çempionlar Liqasının son qalibi "Barselona" ilə Avropa Liqasını qazanan "Sevilya" üz-üzə gələcək.

İspaniya derbisi Gürcüstanın paytaxtı Tiflisdə, "Dinamo Arena"da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxacaq. Kataoniya təmsilçisi 4 dəfə qalib gəldiyi halda, "Sevilya" cəmi bir dəfə superkuboka sahib çıxıb. Bu dueldən hansı klubun qalib çıxacağı maraqla gözlənilir.

Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox "Milan" qazanıb. İtaliya təmsilçisi 5 dəfə superkuboku muzeyinə aparıb.

11 avqust

Avropa superkuboku
 
23:45. "Barselona" (İspaniya) – "Sevilya" (İspaniya) - 5:4 
Qollar:
 Ever Baneqa, 2 (0:1), Lionel Messi, 7 (1:1), Lionel Messi, 16 (2:1), Rafinya, 44 (3:1), Luis Suares, 52 (4:1), Xose Antonio Reyes, 57 (4:2), Kevin Qameyro, 72-pen (4:3), Yevgeni Konoplyanka, 81 (4:4), Pedro Rodriqes, 115 (5:4) 
Hakimlər: Uilyam Kollum, Frensis Konnor (hər ikisi Şotlandiya), Damyen Makqreyt (İrlandiya)
Tiflis. "Dinamo Arena"

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right