İtaliya superkubokunu "Yuventus" qazandı

Futbol üzrə İtaliya superkubokunun qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həlledici görüşdə "Yuventus" və "Latsio" üz-üzə gəlib.

Oyun Turin təmsilçisinin xeyrinə başa çatıb. Fasilədən sonra iki qol vuran "Yuventus" qalib gələrək (2:0) superkuboka sahib çıxıb.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm A Seriyasının qalibi, "Latsio" isə ölkə kubokunun finalçısı kimi superkubokda oynamaq hüququ qazanıb.

 

8 avqust

İtaliya superkuboku

"Yuventus" - "Latsio" - 2:0
Qollar:
 Mandzukiç, 69 (1:0), Dibala, 73 (2:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right