“Barselona”nın hücumçusu Pedro Rodriges karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun keçidi ilə bağlı “Mançester Yunayted” qarşı tərəflə razılığa gəlib.
Bu barədə italiyalı jurnalist Tankerdi Palmeri öz “tvitter” hesabından məlumat yayıb. Mənbənin iddiasında görə, Kataloniya klubu Pedronun transferi qarşılığında “qırmızı şeytanlar”dan 32,5 milyon avro tələb edib. Həmin məbləğlə razılaşan “manukunyanlar” yaxın günlərdə ispaniyalı forvardla müqavilə bağlayacaq. Ötən mövsüm “Barselona”da 35 oyun keçirən futbolçu 6 qol vurub və 6 məhsuldar ötürmə edib.