FİFA-dan milli üzvünə 18 aylıq cəza

FİFA Fil Dişi Sahili millisinin qapıçısı Silven Qbouonu 18 ay müddətinə futboldan kənarlaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

FİFA İntizam Komitəsinin belə sərt cəza tətbiq etməsinə futbolçunun antidopinq qaydalarını pozması səbəb olub. Qbouonun 2021-ci il noyabrın 16-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Kamerunla oyundan (0:1) sonra verdiyi dopinq testdə FİFA-nın stimullaşdırıcı kimi təsnif etdiyi antianginal dərman olan trimetazidin aşkar edilib. Qapıçının cəza müddəti FİFA İntizam Komitəsinin sədri tərəfindən futbolçunun müvəqqəti olaraq futboldan uzaqlaşdırıldığı 23 dekabr 2021-ci ildən hesablanır.

Qadağa bütün növ oyunlara, o cümlədən ölkədaxili, beynəlxalq, yoldaşlıq və rəsmi oyunlara şamil edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right