Milli komanda Gürcüstanda qəzaya düşdü: bir futbolçu yaralandı FOTO

Futbol üzrə Bolqarıstan milli komandası Gürcüstanda qəzaya düşüb.

Newsport.az-ın məlumatına görə, yığma komandanı Tbilisi Beynəlxalq Hava Limanından otelə aparan iki avtobus toqquşub. 

Qəza nəticəsində futbolçu Todor Nedelev başından yaralanıb və xəstəxanaya yerləşdirilib. Futbolçu əməliyyat olunub.

Həkimlərin sözlərinə görə, Nedelevin tam bərpa olması üçün 3 ay tələb olunacaq. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir. 

Qeyd edək ki, iyunun 12-si Tbilisidə UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan və Bolqarıstan milli komandaları arasında matç baş tutacaq.

 

Resim





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right