"Rayo Valyekano" Radamel Falkaonu gələn mövsüm üçün də komandada saxlayacaq.
Newsport.az xəbər verir ki, rəhbərlik kolumbiyalı hücumçu ilə müqavilə müddətini uzadacaq.
Təcrübəli hücumçu müqaviləyə əsasən daha 1 il hazırki klubunun formasını geyinəcək. Falkao 2021-ci ildə “Rayo Valyekano”ya keçib. 36 yaşlı kolumbiyalı ötən mövsüm La Liqada 22 matçda forma geyinib və 6 qol vurub.