Cennaro Qattuzo "Valensiya"nın baş məşqçisi olub

İtaliyanın "Milan" və "Napoli" komandalarının sabiq baş məşqçisi Cennaro Qattuzonun yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis İspaniya "Valensiya"sının sükanı arxasına keçib. İtaliya baş məşqçi "yarasalar"la 2+1 illik müqaviləni razılaşdırıb. Qattuzo bu postda Xose Bordalası əvəzləyib.

Qeyd edək ki, Cennaro Qattuzo son olaraq 2019 - 2021-ci illərdə "Napoli"nin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right