"Roma" İsveç millisinin qapıçısı ilə yolları ayırdı

"Aston Villa"  icarə əsasında komandada çıxış edən qapıçı Robin Olseni birdəfəlik heyətinə qatacaq.

Newsport.az-ın məlumatına görə , müqavilə ilə "Roma"ya məxsus olan isveçli qolkiper İngiltərə klubu ilə razılaşıb. Xəbərə görə, Birmingem təmsilçisi  3,5 milyon avro olan satınalma hüququndan istifadə edəcək.

Qeyd edək ki, qışdan icarə əsasında çıxış etdiyi  "Aston Villa"da cəmi bir oyuna çıxan 32 yaşlı qapıçı üç top buraxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right