İstanbul derbisində heç-heçə

Bu gün Türkiyə Super Liqasında 36-cı tura start verilib.

Newsport.az-ın məlumatına görə, çempionluğunu rəsmiləşdirən “Trabzonspor” ilk oyun günündə meydana çıxıb. Trazbzon təmsilçisi “Hatayspor”un qonağı olub. Qarşılaşma bərabərliklə bitib. “Qaziantep” – “Kayserispor” matçında da oxşar nəticə qeydə alınıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Sivasspor” doğma meydanda “Kasımpaşa”ya, “Adana Dəmirspor” isə “Alanyaspor”a məğlub olub. Dörd qolun qeydə alındığı “Fatih Karagümrük” – “Göztəpə” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Başakşəhər” və “Qalatasaray”ın görüşündə isə qapılara qol vurulmayıb.

Turun mərkəzi oyunu İstanbulda keçirilib. İstanbul derbisində “Beşiktaş”la “Fənərbaxça” üz-üzə gəlib. Hər iki komandanın qələbəyə ehtiyacı vardı. Lakin yekunda tərəflər meydanı 1 xalla tərk ediblər.

Türkiyə Super Liqası, 36-cı tur

6 may

Hatayspor – Trabzonspor 1:1
Qol: M.Diuf, 90+6 – Djanini, 48.

Qaziantep – Kayserispor 1:1
Qol: Maksim, 27 – İ.Parlak, 26.

7 may

Sivasspor – Kasımpaşa 1:3
Qol: Feliks, 90+2 – E.Elmalı, 58. Eysserik, 73. U.Bozok, 77.

Fatih Karagümrük – Göztəpə 3:1
Qol: Borini, 31. E.Mor, 51. B.Bekaroğlu, 64 – Baku, 47.

Başakşəhər – Qalatasaray 0:0

Adana Dəmirspor – Alanyaspor 1:2
Qol: Belhanda, 32 – T.Sanuc, 20-öz qapısına. E.Akbaba, 76.

8 may

Altay – Girəsunspor 1:1
Qol: Kappel, 60 – U.Nayir, 30.

Yeni Malatyaspor – Rizəspor 1:3
Qol: R.Çağıran, 45+1 – A.Umar, 7. Y.Sarı, 10. Pohjanpalo, 64.

Beşiktaş – Fənərbaxça 1:1
Qol: Gezzal, 31-pen – Novak, 6.

9 may

21:00 Antalyaspor – Konyaspor

Bombardir: Ayub El Kaabi (Hatayspor), Umut Bozok (Kasımpaşa), Andreas Kornelius (Trabzonspor), Yoel Pohyanpalo (Rizəspor) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right