"Ən yaxşı hücumçular 30 yaşdan yuxarı olanlardır" Venger

"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger hücumçular Kərim Benzema ("Real"), Robert Levandovski ("Bavariya") və Zlatan İbrahimoviç ("Milan") haqqında danışıb.

Newsport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis həmin oyunçuları Avropanın ən yaxşı hücumçuları adlandırıb:

“Hazırda Avropada müşahidə etdiyimiz maraqlı tendensiya ondan ibarətdir ki, ən yaşlı hücumçular elə ən təcrübəlilərdir. 33 yaşlı Robert Levandovski, 34 yaşlı Kərim Benzema, 40 yaşlı Zlatan İbrahimoviç hər yaşda qol vurur. Avropanın ən yaxşı hücumçuları 30 yaşdan yuxarı futbolçulardır. Onlar rəqibin istənilən səhvindən istifadə edirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right