"Qvardiolanı incitmək istəyirəm" Alaba

"Real"ın futbolçusu David Alaba UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə keçirəcəkləri matçlar barədə danışıb. 

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola ilə "Bavariya"da oynadığı dövrlərdən tanış olan müdafiəçi mütəxəssisi əsəbləşdirmək istədiyini deyib: 

“Son vaxtlar danışmamışıq, amma Peplə yenidən görüşmək xoş olacaq. "Bavariya"da birlikdə əla vaxt keçirdik. Amma bu dəfə onu əsəbiləşdirmək, incitmək üçün hər şeyi edəcəyəm".

Qeyd edək ki, 2010-cu ildən "Bavariya"da oynayan David Alaba 2021-ci il iyulun 1-də  "Real"a keçib. Qvardiola isə 2012-2016-cı illərdə Münhen təmsilçisini çalışdırıb. 

Əlavə edək ki, "Mançester Siti" və "Real" arasında ilk yarımfinal matçı aprelin 26-da olacaq. Mançesterdəki "Etihad"  stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə mayın 4-nə təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right