Mahir Emrelidən Xorvatiyada 2-ci qol

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, komanda 31-ci turda “İstra”nı qəbul edib. Mahir ilk dəfə "Dinamo"nun heyətində ilk 11-likdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. O, 50-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 25 yaşlı hücumçu son turda da rəqib qapısına yol tapmışdı.

Digərlərindən 1 oyun az keçirən “Dinamo” turnir cədvəlində 66 xalla liderdir. “İstra” isə 26 xalla 8-cidir. 

Xatırladaq ki, M.Emreli fevral ayından “Dinamo”da oynayır. O, komandanın heyətində yerli çempionatda 5 matç keçirib.

Xorvatiya çempionatı, 31-ci tur

20:00. “Dinamo” (Zaqreb) - “İstra” - 3:0 

Qollar: Orsiç, 8, 45+1, Emreli, 50
“Maksimir” stadionu

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right