“Bayern”ə 1 qol bəs etdi

Futbol üzrə Almaniya Bundesliqasında 29-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. “Ştutqart” evdə Dortmund “Borussiya”sının müqavimətini qırmağa çalışıb. Amma qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Şənbə günü beş qarşılaşma baş tutub. “Volfsburq” doğma meydanda “Arminiya”nı 4 cavabsız qolla üstələyib. Səfərdə “Qroyter”lə üz-üzə gələn Mönxenqladbax “Borussiya”sı da turu inamlı qələbə ilə başa vurub. Beş qolun qeydə alındığı “Köln” – “Maynts” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Herta” isə evdə “Yunion”la görüşdə darmadağına üzülüb. Lider “Bayern” isə bu turda “Auqsburq”u qəbul edib. Münhen təmsilçisi bu görüşdə minimal hesabla üstün olub.

Almaniya Bundesliqası, 29-cu tur

8 aprel

Ştutqart – Borussiya D 0:2
Qol: Brandt, 12; 71.

9 aprel

Bayern – Auqsburq 1:0
Qol: Levandovski, 82-pen.

Volfsburq – Arminiya 4:0
Qol: Nmeça, 11; 38. Arnold, 48. Kruse, 53.

Qroyter – Borussiya M 0:2
Qol: Turam, 18. Plea, 24-pen.

Köln – Maynts 3:2
Qol: Skhiri, 60. Lyubiçiç, 78. Kilian, 82 – Burkardt, 14. Onisivo, 55.

Herta – Yunion 1:4
Qol: Baumqartl, 49-öz qapısına – Haraquçi, 31. Promel, 53. Bekker, 74. Miçel, 85.

10 aprel

17:30 Bohum – Bayer
19:30 Ayntraxt – Frayburq
21:30 Leyptsiq – Hoffenhaym

Bombardir: Robert Levandovski (Bayern) – 31 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right