Norveçli mütəxəssis "Roma"nın məşqçisinə hücumda ittiham olunur

Norveçin "Budyo Qlimt" komandasının baş məşqçisi Kyetil Knudsen İtaliya "Roma"sına qarşı UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda rəqibə hücum etməkdə ittiham olunur.
 
Newsport.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, bu barədə "canavarlar"ın futbolçusu Lorentso Pelleqrini açıqlama verib.
 
26 yaşlı müdafiəçi Knudsenin qapıçılarla işləyən məşqçiyə hücum etdiyini bildirib: "Rəqib mütəxəssisin davranışı qəbuledilməzdir. Əvvəlcə məşqçiyə nəsə dedi, oyundan sonra isə ona fiziki təzyiq göstərdi".
 
Qeyd edək ki, qarşılaşma "Budyo Qlimt"in 2:1 hesablı qələbəsi ilə bitib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right