"Barselona"da prezident postuna namizədlərdən olan Xuan Laporta hazırki klub rəhbərliyini növbəti dəfə tənqid edib.
Newsport.az-ın məlumatına görə, tənqidin kökündə isə katalon klubunun Poqba transferini reallaşdıra bilməmsi dayanıb. Laporta bununla "Barselona" rəhbərliyinin gülməli vəziyyətə düşdüyünü bildirib.
"Danışıqlarda əsas şəxs Mino Rayola (red. Poqbanın agenti) idi. Qərarı məhz o qəbul edir. "Barselona"nın idman direktorları Soler və Brayda isə "Yuventus"la danışıqlar aparmaq istədilər. Onlar nə etməli olduqlarını bilmədilər və axmaq vəziyyətinə düşdülər. Mənim planlarıma gəlincə, dediyim kimi, klub prezidenti seçildiyim təqdirdə bu yay Poqbanı transfer edəcəm".
"Barcelona"nın yeni prezdenti iyulun 18-də müəyyənləşəcək.