"Torino"nun müdafiəçisi Matteo Darmian rəsmən "Mançester Yunayted"in futbolçusu olub.
Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Darmianın transferi üçün ingilislər 20 milyon avro ödəyəcəklər. 25 yaşlı futbolçu İtaliya millisinin heyətində 13 oyunda meydana çıxıb. 2011-ci ildən "Torino"da çıxış edən Matteo 146 oyuna 5 qol vurub.