"Yuventus"un futbolçusu Paulo Dibala yayda komandanı tərk edəcəyi fikrini qətiləşdirib.
Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu PSJ-yə keçə bilər.
Dibala yaxınlarına Paris klubuna keçmək istədiyilə bağlı danışıb. Futbolçunun meneceri PSJ rəsmilərilə danışıqlara start verib. Onun komandaya gəlməsini daha çox istəyən klubun idman direktoru Leonardodu. Dibalanın PSJ-yə keçidinin qarşısını onun klubdan uzaqlaşdırıması ala bilər. Belə ki, klub prezidenti Nasser Əl-Helaifi braziliyalının işindən narazıdı.