Latviya millisi martın 25-də Küveyt və martın 29-da Azərbaycanla keçiriləcək yoxlama görüşləri üçün Maltaya yollanıb.
Newsport.az-ın məlumatına görə, Latviya millisinin yarımmüdafiəçisi Kristers Tobers komandanın hazırlığı barədə yerli federasiyanın rəsmi saytına danışıb. "Leçiya"da legioner həyatı yaşayan latviyalı qarşıdakı yoxlama görüşlərinə də toxunub:
"Biz hələ ki, Küveyt və Azərbaycanla oyunlar haqda ətraflı danışmamışıq. Düzünü desəm, rəqiblərdən nə gözləyəcəyimizi bilmirəm. Çünki onların oyunlarına baxmamışam, hansı futbolçuları olduğunu bilmirəm. Amma biz həm Küveyt, həm də Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərməliyik. Hər iki matçda qalib gəlmək istəyirik. Maltaya buna görə gəlmişik. Məşq etmək üçün əla meydançalar var. Qalanı isə bizdən asılıdı".