Xorvatiya mətbuatı: "Onsuzda Mahir "Dinamo"ya hazır gəlməmişdi"

Xorvatiya mətbuat Mahir Emrelinin "Dinamo"dakı durumundan yazıb.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı həmkarlarımız Mahirin Jelko Kopiçin etimadını qazandığı vaxtda zədələnməsini bu cür şərh edib: "Dinamo" üçün yeni problem yaranıb. Daha bir hücumçu zədələnib. Hansı ki, son vaxtlarda inam qazanmağa başlamışdı. Ümumiyyətlə, geridə qalan həftə "Dinamo" oyunçuları üçün ağrılı həftə oldu. Marko Bulat və Daniel Zaqoraçın cümə günü məşq zamanı zədə səbəbindən sıradan çıxması ilə yanaşı, Mahir Emreli də "Slaven"lə matçı buraxmalı oldu.

Hələlik azərbaycanlının yoxluğunun davam edib-etməyəcəyini və ya yaxın günlərdə onu görmək mümkün olub-olmayacağını bilmirik. Ancaq belə vaxtda pauza ona lazım deyildi. Onsuzda “Dinamo”ya hazır gəlməmişdi. Azca ritm tutduğu, baş məşqçinin etimadını qazandığı vaxtda bazar günü keçirilən matçı buraxmalı oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right