Anton oynadı, komandası uduzdu

Polşa çempionatında 26-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

"Slask"la oyunda Antonun komandası 1:2 uduzub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 54-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 26 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right