Mahirin komandası hücuma məruz qaldı FOTOLAR

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatının 27-ci turunda ötən gün "Hayduk"la matçdan əvvəl hücuma məruz qalıb.

Newsport.az-ın məlumatına görə, Splitdəki derbi ərəfəsində qonaq komandanın avtobusu yerli fanatlar tərəfindən daşqalaq edilib. Futbolçuları və zaqrebli azarkeşləri daşıyan avtobuslar Splitin girişində butulka, daş və alışqan atəşinə tutulub. Nəticədə "Dinamo"nun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb.Eyni hadisə nəqliyyat vasitəsi matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb.Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yerli polis oyun vaxtı iğtişaş yaratmağa və ictimai asayişi pozmağa cəhd edən 89 nəfərin saxlanıldığını bildirib. Onlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patronu aşkar edərək götürülüb.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right