Premyer Liqa rəhbərliyi "Çelsi" ilə bağlı qərar qəbul etdi

İngiltərə Premyer Liqasının idarə heyəti "Çelsi"nin sahibi Roman Abramoviçlə bağlı qərar qəbul edib.

 

Newsport.az xəbər verir ki, Böyük Britaniya hökumətinin sanksiyalarından sonra Premyer Liqa İdarə Heyəti rusiyalı iş adamını London klubunun direktoru vəzifəsindən kənarlaşdırıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayəb.

 

İdarə Heyətinin qərarı 31 may 2022-ci il tarixində başa çatan lisenziyanın şərtlərinə uyğun olaraq, klubun məşq etmək və matçlarını oynamaq hüququna təsir göstərmir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə hökuməti "Çelsi"nin rusiyalı sahibi Roman Abarmoviçin aktivləri dondurulub, "Çelsi"yə aid olan hesablar bağlanıb. Bu səbəbdən klubun fəaliyyətində böyük çətinliklər yaranıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right