"Qalatasaray"ın baş məşqçisi: "Bu gün biz əla fiziki hazırlıq nümayiş etdirdik”

"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsində ötən gecə "Barselona" ilə heç-heçə etdikləri ilk matç (0:0) haqqında danışıb. 

Newsport.az-in məlumatına görə, 61 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında deyib: 

"Xavi mənim dostumdur. Oyundan sonra ona dedim ki, biz "Barselona"nı İstanbulda qəbul etməyi səbirsizliklə gözləyirik. Bu gün biz əla fiziki hazırlıq nümayiş etdirdik”. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 17-si İstanbulda keçiriləcək. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right