"Keretaro" və "Atlas" komandaları arasında Meksika çempionatının yarımçıq dayandırılmış IX tur oyunu ilə bağlı qərar verilib.
Newsport.az məlumatına görə, Meksika Futbol Federasiyası və Liga MX rəhbərliyinin qərarına əsasən, "Keretaro" bir il ərzində ev oyunları başqa arenada azarkeşsiz keçirəcək.
Klubun aşağı yaş qruplarından və qadınlardan ibarət komandalarının görüşünə də fanatlar buraxılmayacaq. Hazırkı rəhbərlik 5 il müddətinə bütün futbol yarışlarından kənarlaşdırılıb. Kluba isə 70 min ABŞ dolları cərimə kəsilib və "Atlas"la matçda texniki məğlubiyyət verilib.
"Keretaro"ya ilin sonunadək klubu satmaq üçün vaxt verilib. Bu, gerçəkləşməyəcəyi təqdirdə, klubun idarəetməsi Liga MX-a keçəcək.
Bundan əlavə, komandanın fan klubları 3 il ev, 1 il səfər matçlarına girə bilməyəcək. "Atlas"da isə fanatlar 6 ay səfər görüşlərini buraxmalı olacaq. Hadisələrdə iştirak edən şəxslər isə ömürlük futboldan uzaqlaşdırılacaq.
Qeyd edək ki, oyun zamanı baş vermiş kütləvi dava nəticəsində 17 nəfər dünyasını dəyişib.