"Real" kulubunun prezidenti Florentino Peresin "Al Jazeera Sport" və "beIN Sports" kanallarının rəhbəri Məhəmməd Ammorla görüşünün təfərrüatları məlum olub.
Newsport.az-ın məlumatına görə, "El Confidencial"ın verdiyi xəbərə görə, Peres "Mançester Yunayted"in qapıçısı David De Xeanın Madrid klubuna mümkün keçidini belə şərh edib: "Bu transfer artıq həll olunub". "Real"ın rəhbəri komandasının aparıcı futbolçularından olan Serxio Ramosun məsələsinə də aydınlıq gətirib:
"Bilmirəm… Prinsip etibarilə o, qalır".
Peres həmçinin qeyd edib ki, "Yuventus" yarımmüdafiəçisi Arturo Vidal "Real"a transfer edilməyəcək.