Hakim azarkeşə kəllə vurdu

Şotlandiyada keçirilən həvəskarların yarışında  "Atletik" - "Qlasqo Yunayted" matçında qəribə hadisə yaşanıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyun hakimin yan xəttin yaxınlığında tamaşaçılardan birini vurması səbəbindən dayandırılıb. Görüşün sonlarında matçın hakimi kənar xəttə yaxın olan gənc tamaşaçıya başla zərbə endirib. 

Oyunun 90+2-ci dəqiqədə - "Atletik"in 6:2 hesablı öndə olduğu vaxt hakimin davranışı səbəbindən başa çatmayıb. Şotlandiyalı referinin davranışı başqa bir izləyici tərəfindən videoya çəkilib və internetdə yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right