Azarkeş güllələnərək öldürüldü final oyununu izlərkən

Futbol üzrə klublararası dünya çempionatının “Çelsi” (İngiltərə) ilə “Palmeyras” (Braziliya) arasında keçirilən final oyunu vaxtı bir azarkeş güllələnib.

Newsport.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə San-Pauluda baş verib. Braziliya klubunun fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən qarşılaşmanı komandalarının ev matçlarını oynadığı “Alyans Park” stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər. Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

“Çelsi” “Palmeyras”ı 2:1 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right