“Bayern” səfərdə 4 qola üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Leyptsiq” doğma meydanda “Köln”ü qəbul edib və inamlı qələbəyə sevinib.

Lider “Bayern” bu turda “Bohum”la səfərdə qarşılaşıb. Altı qolun qeydə alındığı matç Münhen təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Bayer” isə “Ştutqart”la oyundan inamlı qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası, 22-ci tur

11 fevral

Leyptsiq – Köln 3:1
Qol:
Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.

12 fevral

Ayntraxt F – Volfsburq 0:2
Qol:
Kruse, 28-pen. Lukebakio, 90+3.

Bohum – Bayern 4:2
Qol:
Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.

Qroyter – Herta 2:1
Qol:
Hrqota, 1; 71 – Gexter, 82.

Borussiya M – Auqsburq 3:2
Qol:
Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.

Frayburq – Maynts 1:1
Qol:
Petersen, 69 – Hak, 31.

Bayer – Ştutqart 4:2
Qol:
Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.

13 fevral

18:30 Yunion – Borussiya D
20:30 Hoffenhaym – Arminiya

Bombardir: Robert Levandovski (“Bayern”) – 23 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right