“Atalanta” uduzdu, “Yuventus”la “Napoli” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 24-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Roma” doğma meydanda “Cenoa”nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşündə lider “İnter” əzəli rəqibi “Milan”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər. Günün digər matçında “Fiorentina” “Latsio”nu sınağa çəkib. Bu oyunda da qonaqlar darmadağınla qalib gəliblər.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Bolonya” – “Empoli” matçında hesab açılmayıb. “Sampdoriya” “Sassuolo”nu, “Udineze” isə “Torino”nu məğlub yola salıb.

“Atalanta” bu dəfə “Kalyari” ilə ev oyunundan gözlənilməz məğlubiyyətlə ayrılıb. “Yuventus” bu turda “Verona” ilə qarşılaşıb. Turin təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib. “Napoli” isə səfərdə “Venetsiya”nı 2 cavabsız qolla yenib.

İtaliya A Seriyası, 24-cü tur

5 fevral

Roma – Cenoa 0:0

İnter – Milan 1:2
Qol: Perişiç, 38 – Jiru, 75; 78.

Fiorentina – Latsio 0:3
Qol: Milinkoviç-Saviç, 52. İmmobile, 70. Biraqi, 81-öz qapısına.

6 fevral

Atalanta – Kalyari 1:2
Qol: Palomino, 64 – Pereyro, 50; 68.

Bolonya – Empoli 0:0

Venetsiya – Napoli 0:2
Qol: Osimhen, 59. Petanya, 90+10.

Sampdoriya – Sassuolo 4:0
Qol: Kaputo, 5. Sensi, 7. Konti, 63. Kandreva, 90+1.

Udineze – Torino 2:0
Qol: Molina, 90+3. Pussetto, 90+7.

Yuventus – Verona 2:0
Qol: Vlahoviç, 13. Zakariya, 61.

7 fevral

23:45 Salernitana – Spetsiya

Bombardir: Duşan Vlahoviç (“Yuventus”), Çiro İmmobile (“Latsio”) – 17 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right