Mario Balotelli 3 illik fasilədən sonra milliyə qayıdır

Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən Mario Balotelli İtaliya millisinə qayıda bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuat məlumat yayıb. Xəbərdə yığmanın baş məşqçisi Roberto Mançininin 31 yaşlı hücumçunu növbəti toplanışa dəvət edəcəyi qeyd edilib.

Balotelli sonuncu dəfə 2018-ci ildə İtaliya millisinin Polşa ilə heç-heçə etdiyi qarşılaşamda yığmada oynayıb.

Qana əsilli hücumçu bu mövsüm keçirdiyi 20 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right