Superkubokun finalına online bilet satışını dayandırıldı

Bu xəbər azərbaycanlı futbol azarkeşlərinin də ürəyincə olmayacaq.

Newsport.az-ın məlumatına görə, avqustun 11-də Tbilisidə keçiriləcək UEFA Superkuboku uğrunda qarşılaşmaya canlı baxmaq istəyənlər internet vasitəsiylə bilet ala bilməyəcəklər. Bilet almaqdan ötrü Gürcüstan paytaxtına getmək tələb olunur. Belə ki, bilet satışını həyata keçirməli olan sayt yükənməyə tab gətirməyib və sistem sıradan çıxıb. 

Satışa çıxarılan 26 min biletdən 1500-ə yaxını satılıb. Saytın administrasiyası futbol azarkeşlərindən üzr istəyib və UEFA rəhbərliyindən cavab gözlədiyini bildirib.

Bu arada, Gürcüstan futbol federasiyanın prezidenti Zviad Siçinava deyib ki, UEFA ilə məsləhətləşmələrdən sonra biletlərin kassada satılmasına qərar verilib. Biletləri satan biletebi.ge saytı fəaliyyətə başlayandan sonra texniki problemlərlərin həlli mümkünsüz olub.

Xatırladaq ki, İspaniyanın "Barselona" və "Sevilya"  klubları arasında Superkubok matçı avqustun 11-də Tbilisidə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right