Kaqavanın yeni klubu bilindi

Yaponiya milli komandasının sabiq futbolçusu Şindzi Kaqavanın yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Belçikanın “Sent-Trüden” klubuna keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kaqava ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş”da çıxış edən Kaqava son olaraq Yunanıstanın PAOK klubunun uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right