Hernan Kresponun yeni klubu bəlli oldu

Ötənlərin ünlü argentinalı futbolçusu Hernan Kresponun yeni klubu bəlli olub.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Krespo B seriyasında çıxış edən "Modena" klubun baş məşqçisi təyin edilib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Krespo ötən mövsümün əvvəlində məşqçiliyə başlamış və "Parma"nın aşağı yaş qruplu komandasında çalışıb.

Hernan futbolçu karuerasında isə "River Pleyt", "Parma", "Latsio", "İnter", "Milan" və "Çelsi" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right