“Arsenal”ın futbolçusu “Roma”da

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Enzli Meytlend-Naylsı heyətinə qatıb.

Bu barədə “Arsenal”ın mətbuat xidməti məlumat yayıb. İngilis futbolçu mövsümün sonuna kimi icarəyə verilib. “Canavarlar” yarım illik icarə üçün “topçular”a 500 min avro ödəyəcək.

Enzli Meytlend-Nayls “Arsenal”ın yetirməsidir. 24 yaşlı futbolçu daha öncə “Vest Bromviç” və “İpsviç” klublarında da icarədə oynayıb. O, bu mövsüm “Arsenal”ın heyətində müxtəlif turnirlər çərçivəsində 11 rəsmi matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right