Şevçenko yenidən millidə çalışa bilər

“Genoa”nın baş məşqçisi Andrey Şevçenko yenidən milli komandada çalışa bilər.

Newsport.az xəbər verir ki, 45 yaşlı çalışdırıcısı Polşa yığmasının baş məşqçisi vəzifəsinə namizəddir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşa Futbol İttifaqının prezidenti Çezari Kuleşanın Şevçenkonun "Genoa" ilə müqaviləsinə xitam verilməsi ilə bağlı klub rəhbərliyi ilə danışıqlar aparmaq istədiyi bildirilib. 

Qeyd edək ki, Ukrya yığmasının sabiq baş məşqçisi ötən ilin noyabrından “Cenoa”nı çalışdırır. Onun komandası İtaliya A seriyasında turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right