"Milan" Hernandesə yeni müqavilə təklif etdi

"Milan" müdafiəçisi Teo Hernandes ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. 

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat verib. Klub rəhbərliyi 24 yaşlı futbolçuya 2026-cı ilin yayına qədər müqavilə təklif edib. O, bu təklifi qəbul etsə,  ilinə 4,5 milyon avro olacaq.

Hazırda müdafiəçi  ilinə1,5 milyon avro qazanır.

Xatırladaq ki, Hernandes 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm klubun heyətində 20 oyun keçirib, 2 qol vurub və 5 qolun ötürməsini verib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right