İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Stiven Cerrardda koronavirus aşkrlanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Onun sonuncu COVİD-19 testi müsbət çıxıb. 41 yaşlı mütəxəssis Premyer Liqada “Çelsi” və “Lids”ə qarşı keçiriləcək növbəti matçlarında iştirak edə bilməyəcək. Sözügedən matçlar dekabrın 26-da və 28-də keçiriləcək.