"Milan" forvardını satmaqdan imtina edib

"Milan" hücumçusu Rafael Leounu satmaq niyyətində deyil.

Newsport.az xəbər verir ki, "rossonyerlər" portuqaliyalı hücumçu üçün gələn təklifləri geri çevirib.

Klubların adları açıqlanmasa da, Rafael üçün Almaniya və İngiltərə klublarından təklif gəldiyi təsdiqlənib. İtaliya nəhəngi forvardına güvəndiyi üçün onu satmaqdan imtina edib. "Milan" onun inkişafından razıdı və buna görə də onunla müqaviləni daha yaxşı şərtlərlə uzatmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right