Baş məşqçi komandasının qoluna sevinərkən öldü

Misirin aşağı liqasında keçirilən oyun zamanı faciə baş verib.

Newsport.az-ın məlumatına görə, "Əl-Maqd" - "Əl-Zarka" matçında meydan sahiblərinin baş məşqçisi Ədhəm Əl-Selhedar dünyasını dəyişib. Məşqçi 90-cı dəqiqədə komandasının vurduğu qola sevinərkən huşunu itirib. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qarşılaşma "Əl-Maqd"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right