"Zenit"in futbolçuları meydana sahibsiz itlərlə çıxdı FOTOLAR

Rusiyanın "Zenit" klubu maraqlı addımı ilə gündəmə gəlib.

Newsport.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisinin futbolçuları heyvanların sahiblənməsini təşviq etmək üçün "Rostov"la oyunda meydana qucaqlarında sığınacaqdan götürdükləri itlərlə çıxıb. Klubun bu addımı azarkeşlər tərəfindən xoş qarşılanıb.

Qeyd edək ki, "Zenit" - "Rostov" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.

 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right