Mario Mandzukiçin "Yuventus"a keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, xorvatiyalı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Bu transfer üçün "Yuventus" M.Mandzukiçin müqavilə ilə məxsus olduğu "Atletiko"ya 19 milyon avro ödəyəcək.
Qeyd edək ki, M.Mandzukiç ötən mövsüm oynadığı 43 matçda 20 qol vurub, 5 qolun ötürməsini verib.