Mahir oynadı, "Legiya" uduzdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasında növbəti matçına çıxıb. 

Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi 15-ci turda "Qurnik"lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Emreli meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb.

2 oyun az keçirən "Legiya" turnir cədvəlində 9 xalla 17-ci, "Qurnik" isə 18 xalla 11-cidir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right