Azərbaycanlı qapıçı Polşada qaldı

"Şlensk"də baxışda olan, bəyənilsə də komandada qalmayan Şahin Zəkiyev Azərbaycana qayıtmayıb.

Newsport.az-ın məlumatına görə, qolkiperə Polşanın fərqli klublarından təkliflər olduğundan o, vətənə qayıtmağa tələsməyib.

Gənc çərçivə qoruyucusuna paytaxtın 2 klubu maraq göstərir.

Bir neçə gün sonra Zəkiyevin həmin klublardan birinin düşərgəsinə yollanacaq.

​Şərtlərdə razılıq əldə edilərsə, azərbaycanlı qapıçı Polşadakı legioner həyatına başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right