İngiltərə millisində baş məşqçi dəyişikliyi olmayacaq

İngiltərə Futbol Assosiasiyası millinin baş məşqçisi Qaret Sautqeytlə müqaviləni yeniləyəcək.

Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, qurum uzun müddətdir ki, mütəxəssisə müqavilənin müddətinin uzadılmasını təklif edib, lakin Sautqeyt qərar verməyə tələsməyib.

San Marino üzərində 10:0 hesablı qələbədən sonra məşqçi yeni müqavilə imzalamağa razılıq verib.

2024-cü ilin yayına qədər davam edəcək yeni müqavilə ilə o ilinə 6 milyon avro maaş alacaq. Beləliklə, DÇ-2022-yə yığmanı məhz 51 yaşlı mütəxəssis hazırlayacaq. Sautqeytin milli ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right