Fernandu Santuşla bağlı qərar verildi

Portuqaliya Futbol Federasiyası millinin baş məşqçisi Fernandu Santuşu istefaya göndərməyi planlaşdırmır.

Newsport.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.  Bildirilib ki, Portuqaliya DÇ-2022-nin seçmə mərhələsinin  son oyununda Serbiyaya uduzub (1:2) və turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmaq fürsətini əldən verib. Buna baxmayaraq, Portuqaliya Futbol Federasiyası hələ də 67 yaşlı mütəxəssisə güvənir. O, komandanı gələn ilin martında keçiriləcək pley-off mərhələsinə hazırlayacaq.

Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2016-cı ildə Avropa çempionatının və 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right