Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdıran "Fənərbağça" transfer çalışmalarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, "Sarı-lacivərt"lilərin hədəfindəki iki ulduzdan biri Nani, digəri isə "Yuventus"dan ayrılmaq istəyən Karlos Tevesdi. Nani ilə artıq razılıq əldə olunub. Tevezlə isə danışıqlar davam edir.
Bunları "Fənərbağça"nın prezidenti Əziz Yıldırım hava limanında bir azarkeşlə söhbəti zamanı deyib: "Nani ilə razılıq əldə etdik, amma əsas hədəfimiz Karlos Tevezdi".
İddiaya görə Əziz Yıldırım Tevesin meneceri ilə şəxsən görüşüb və çox yüksək bir təklif verib.