İsveçdə azərbaycanlı futbolçudan yazdılar

İsveçdə “Savadelans” klubunda çıxış edən Ayxan Cabbarov yerli mətbuatın diqqət mərkəzindədi.

Newsport.az-ın məlumatına görə, yerli Partille qəzeti “Savadelans”ın “Angelholm”la 2:2 oynadığı matçdan sonra Cabbarov barədə yazıb.

İsveçli həmkarlar həmyerlimizin çıxışını belə dəyərləndirib:

“Ayxan Cabbarov bu mövsüm komandaya transfer olunub. Artıq oyunlara start heyətində başlayır. O, texnikaya və yüksək sürətə malikdi”.

"Göteborq"un aşağı yaş qrupunda çıxış etmiş Cabbarov hazırda İsveç 2-ci liqasında yarışan "Savadelans"da oynayır.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right