Vüsal İsgəndərli qol vurdu, komandası derbidə qələbə qazandı

Türkiyə I Liqasında 12-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Ankara Keçiörengücü" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib. Ankara derbisi ev sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Vüsal da bu gürüşdə iştirak edib. 39-cu dəqiqədə meydana daxil olan 26 yaşlı vinger 52-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub.

Xallarını 10-a yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right