Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun ötən gecə keçirilən PSJ - "Leyptsiq" matçından (3:2) əvvəl maraqlı anlar yaşanıb.
Newsport.az xəbər verir ki, görüşün italiyalı baş hakimi Marko Quida komandalar meydana çıxmağa hazırlaşdığı vaxt PSJ-nin hücumçusu Kilian Mbappenin yanından keçərkən yüksək səslə fit çalıb. Gənc hücumçu isə gözlənilməz səsdən qorxub.